c2cd9c8936407be88f2acee012d660b4

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin Omsk vilayəti üzrə istintaq idarəsi rəisinin böyük köməkçisi Larisa Boldinova məlumat verib.

Toqquşmanın gücündən avtomobillər alışıb.

Qəza nəticəsində 3 nəfər isə yaralanıb.

Əməliyyat xidmətləri bildiriblər ki, cəsədlər avtomobillərin qalıqları sökülərkən tapılıb.

 

Paylaş: