Rusiyada daha bir olay: silahlı şəxs insanlara hücum etdi – VİDEO

Rusiyanın Moskva vilayətinin Fryazino şəhərində naməlum şəxs bıçaqla kompüter klubundakı insanlara hücum edib, 3 nəfəri yaralayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə martın 25-də şəhərin Şkolnaya küçəsində baş verib.

Cinayətkar saxlanılıb, hadisənin motivləri araşdırılır.