“Rusiya NATO ölkələrindən birinə yaxın aylarda, hətta illər yox, daha qısa müddətdə hücum edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk “Financial Times”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Alyansın şərq cinahı üçün təhlükə ciddi və qısamüddətlidir.
Tusk həmçinin NATO və ABŞ-ın hücum halında Avropanı müdafiə öhdəliklərini real şəkildə yerinə yetirib-yetirməyəcəyi ilə bağlı şübhələrini də ifadə edib.
O vurğulayıb ki, Avropaya yalnız kağız üzərində zəmanətlər deyil, real hərbi güc, logistika və operativ reaksiya hazırlığı lazımdır.
Safura Bənnayeva
Globalinfo.az