Rusiya-Türkiyə liderlərinin görüşündə 3 mühüm detal: Azərbaycan üçün bu çox vacibdir – TƏHLİL

“Ərdoğan-Putin görüşü və müzakirə edilən məsələlər Türkiyənin geosiyasi oyunçu kimi əhəmiyyətini önə çıxarır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə səfərində Rusiya Prezidenti Vladimir Putinlə görüşünü şərh edən siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Ankara “taxıl anlaşması”nın davam etməsinə çalışır:

“Bunun üçün Moskvanın şərtləri, Qərb ölkələrinin ehtiyacı var, razılaşma olarsa – ehtimal az deyil, ruslar qazandığı kimi, Türkiyənin həlledici rolu da artacaq var (bu anlaşma üzərindən Rusiyaya qarşı müəyyən geosiyasi yumşalmaların edilməsini istəyən tərəflərin marağı da xüsusi xətlə seçilir)

Asif Nərimanlı 

A.Nərimanlı qeyd edib ki, Türkiyədə “qaz mərkəzi”nin yaradılmasına nail olunarsa, rus qazını Türkiyədən idxal etmək daha asan ola bilər:

“Rusiya enerji bazarında zəifləyən rolunu artırmaq, Avropaya qaz ehtiyatının ödənilməsinə nail olmaq istiqamətində yeni imkanlar əldə edir: rus qazını Türkiyədən idxal etmək daha asan ola bilər”.

“Nəticə etibarilə, həm Qərbin, həm Rusiyanın Türkiyəyə ehtiyacı artır. Və bu, Azərbaycanın həm bölgədəki maraqları, həm də hər iki cəbhə qarşısında – Qərb və Rusiya – “güclü qalxanının” olması baxımından vacibdir. Ankara-Moskva münasibətlərinin yaxşı olması da bizim üçün sərfəlidir”, – deyə A.Nərimanlı qeyd edib.