Venesuela ətrafında gərginlik sürətlə artır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Prezident Donald Trampın ABŞ-ın Venesuelada narkotik kartellərinə qarşı quru əməliyyat hazırlama planı Karakasda rezonans doğurub. Tramp məqsədinin narkotik ticarətini tamamilə dayandırmaq olduğunu vurğulayıb.
Venesuela Silahlı Qüvvələri Rusiya istehsalı hava hücumundan müdafiə sistemlərini, o cümlədən Buk-M2E komplekslərini sahil bölgələrində və strateji obyektlərdə yerləşdirməyə başlayıb.
Prezident Nikolas Maduro fövqəladə çıxış edərək ölkənin suverenliyinin təhdid altında olduğunu bildirib və ümumi səfərbərliyi istisna etmədiyini vurğulayıb:
“Biz istənilən ssenariyə hazırıq. Venesuela xalqı işğala icazə verməyəcək. Lazım gələrsə, səfərbərlik elan ediləcək. Venesuela özünü müdafiə edəcək”.
Maduro çıxışının sonunda ingilis dilində Donald Trampa emosional müraciət edərək sülh çağırışı edib:
“Müharibə yox, müharibə yox, müharibə yox… Yalnız sülh, yalnız əbədi sülh! Müharibə olmasın, xahiş edirəm… Xahiş edirəm, cənab Tramp!”
Tahir Turan
Globalinfo.az