
Rusiyanın İsveçdəki səfiri Sergey Belyayev Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az İsveç XİN-ə istinadla xəbər verir ki, diplomat Sumı və Krivoy Roq şəhərlərinə zərbə endirilməsi səbəbilə nazirliyə çağırılıb.
Xatırladaq ki, aprelin 13-də Rusiya Sumıya “İskəndər-M” raketi ilə hücum edib. Hadisə zamanı onlarla insan həlak olub. Daha əvvəl isə Rusiya Krivoy Roqa zərbə endirmişdi.
Aysel Əliyeva
Globalinfo.az