Rəisinin ölümünə dünya necə reaksiya sərgilədi? – Kənanidən açıqlama

“Rəisinin ölümünə dünyanın sərgilədiyi reaksiya Tehranın xarici siyasətdəki uğurundan xəbər verir”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.

O bildirib ki, İran müxtəlif ölkələrin liderlərindən 330-dan çox mesaj alıb.

“Bundan əlavə, Tehran beynəlxalq təşkilatlardan 27-dən çox mesaj alıb və 60-dan çox yüksək səviyyəli nümayəndə heyətini qəbul edib. Bu, beynəlxalq aləmin İranın dünya səhnəsindəki roluna maraq göstərməsinin bariz nümunəsidir. “, – deyə Kənani vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az