WhatsApp Image 2025 06 03 at 15.51.59

Peyk görüntüləri Rusiyanın Kalininqrad vilayətində – NATO sərhədindən cəmi 25 km aralıda irimiqyaslı tikinti aparıldığını üzə çıxarıb.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “Toçnyi” araşdırma platformasının məlumatına görə, bu, Çernyaxovsk şəhəri yaxınlığında yerləşən halqa antena kompleksidir.

Tikintiyə 2023-cü ilin martında başlanılıb. Mütəxəssislər güman edirlər ki, bu, halqa antenna sistemi hərbi radiotexniki kəşfiyyat və rabitə üçündür.

Kompleksin diametri 1 600 metrə çata bilər, bu da bu tipli standart qurğuların ölçüsünü xeyli üstələyir.

Tamamlandıqdan sonra kompleksin potensial imkanlarına Şərqi Avropa və Baltikyanı ölkələrdə NATO-nun radio rabitəsinə müdaxilə, Baltik dənizində və Şimali Atlantikada Rusiyanın sualtı qayıqları ilə daha etibarlı əlaqənin təmin edilməsi daxildir.

16ULycqd0GHhpRPZu2SVOnqcQP7j2oiIbRMTP7tD 640

Paylaş: