“Rusiyanın Polşaya hücum edə biləcəyi ilə bağlı mediada yayılan xəbərlər dəhşətdir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya ilə bağlı çoxlu belə dəhşət hekayələri dərc olunur”, – deyə o bildirib.
İyunun sonunda Polşanın xarici işlər naziri Radosław Sikorski “CBS News”a müsahibəsində deyib ki, Rusiya yaxın iki il ərzində NATO üzvü olan Polşaya hücuma bəraət qazandırmaq üçün “saxta bayraq” əməliyyatı keçirə bilər.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinə göstərmək lazımdır ki, Qərb onun planlarından xəbərdardır, təxribatlara uymayacaq və NATO ərazisinin hər qarışını müdafiə edəcək.
Sikorski əlavə edib ki, Ukraynadakı müharibə Rusiyanın resurslarını tükəndirir və bu da NATO-nun şərq cinahına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsini çətinləşdirir.
Əliyar Xəlil
Globalinfo.az