Rusiya bu tarixdə Ukraynaya yeni hücum edəcək – Zelenski

“Rusiya bu yay Ukraynaya qarşı hücuma keçməyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bunu “CBS” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Rusiya fəal şəkildə yeni böyük hücuma hazırlaşır. Bu hücumu 2024-cü ilin iyununda baş verə bilər.

“Tərəfdaşlarımız çox sevinirlər ki, biz cəbhədəki vəziyyəti sabitləşdirmişik. Biz isə deyirik ki, torpaqlarımız uğrunda döyüşəcək briqadalar hazırlamaq üçün köməyə ehtiyacımız var. Xüsusən, Rusiyanın yeni əks-hücum planının olduğu bir vaxtda, bu, çox vacibdir. Nəticəyə ​​nail olmaq üçün Ukraynaya hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri lazımdır”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az