
Rusiya Xarici İşlər Nazirliyi bu ölkənin vətəndaşlarının Azərbaycan-İran sərhədindən Bakıya daşımalarının təmin edilməsi, mehmanxanada yerləşdirilməsi və Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycana təşəkkür edib.
***
Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan quru yolu ilə təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, səfirlikdən Rusiyanın xalq artisti, rejissor Fyodor Bondarçuk və onun çəkiliş artıq İran–Azərbaycan sərhədini keçdiyi bildirilib.
“Rusiya vətəndaşlarının təxliyəsi üçün nəqliyyat ayırdığına, daha sonra onların hotellərdə yerləşdirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edirik”, – deyə səfirlikdən deyilib.
Qeyd edək ki, İsrailin İrana hava hücumları ilə əlaqədar bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyə olunaraq, Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi üçün Azərbaycan hökumətinə müraciət edib.
Bu gün səhərdən artıq bir qrup xarici vətəndaş Astara gömrük-buraxılış məntəqəsindən Azərbaycana keçməyə başlayıb.