Rusiya ABŞ-a nota verdi

Rusiya səfirliyi Baydenin Putin haqqında səsləndirdiyi fikirlərə görə ABŞ Dövlət Departamentinə etiraz notası göndərib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib:

“Dövlət Departamenti işə başlayan kimi biz Amerika rəhbərliyinin Rusiya prezidentinə qarşı təhqiramiz ifadələrinin yolverilməzliyi ilə bağlı sərt etiraz notası göndərdik”.

Antonov əlavə edib ki, hazırkı vəziyyəti sadə üzrxahlıqla çətin həll etmək mümkün olacaq. Həmçinin ABŞ rəhbərliyi də buna getməyəcək:

“Düzünü desək, adekvat addım gözləmirik. Amerikada noyabr seçkiləri yaxınlaşdıqca, bu cür insidentlər adi hala çevrilir”, – deyə səfir bildirib.

Əliyar Xəlil
Globalinfo.az