Rusiya 2028-də Avropa ölkəsinə hücum edə bilər

Putin 13213

“Rusiya 2028-ci ildə Avropa Birliyi ölkələrindən birinə hərbi aqressiya başlada bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və beynəlxalq təhlükəsizlik üzrə komissarı Kaya Kallas Avropa Müdafiə Agentliyinin illik konfransında çıxışı zamanı deyib.

“Bizim kəşfiyyat xidmətlərindən çoxu məlumat verirlər ki, Rusiya 3-5 il ərzində müdafiə hazırlığımızı yoxlaya bilərlər”, – o bildirib.

Kallas Kremlin hücum planlarının detalları barədə danışmayıb. Deyib ki, Ukrayna müdafiə olunduqca Avropa vaxt qazanır:

“Aİ-nin ilk məqsədlərindən biri Kiyevə hərbi yardımın saxlanmasıdır. Biz Ukraynaya yardım üçün çox şey edə bilərik. Bizim yardımımızla Ukrayna müharibəni uda bilər”.

Kallas həmçinin Aİ ölkələrinin təkcə müharibənin dayandırılması üçün pul xərcləməməli olduğunu, ona hazırlaşması gərəkdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az