“Məş işlədiyim illərdə təhsil haqqına qanunda və konstitusiyada yazılmışdı ki, dövlət dili Aərbaycan dilidir və tədris də bu dildə aparılır. Lakin o da qeyd olunmuşdu ki, müəyyən quruplar tələb edərsə, xarici dildə də tədris aparıla bilər”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq təhsil naziri Misir Mərdanov “Demədi demə” yutub kanalının “Qara-qırmızı” verilişində deyib.
“İşlədiyim vaxt ciddi prooblem bu idi ki, o qərarın olmasına baxmayaraq, rus dili ölkəmizdə Azərbaycan dili ilə eyni hüquqda idi. Yəni məktəblərdə Azərbaycan dili ilə yanaşı rus dili də eyni saatda keçilirdi. Bunun aradan qaldırılması üçün çox böyük çətinlik çəkdim. Orada sadəcə şagirdin vaxtı gedirdi, rus dilini öyrənmirdi. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə rus dili xarici dil fənni kimi öyrənilməlidir”, – sabiq nazir bildirib.
Ətraflı videoda: