Röyadan davalı olduğu Aygün Bəylərlə bağlı paylaşım – FOTO

Xalq artisti Röya Ayxan mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, Röya Ayxan həmkarının ailəsinə başsağlığı verib.

O, Aygün Bəylərin ifasını paylaşaraq “Bütün Aygün Bəylər sevərlərinə, ailəsinə başsağlığı diləyirəm. Allah rəhmət eləsin!” yazıb.

Xatırladaq ki, illər öncə Xalq artisti Röya Ayxan ilə Əməkdar artisti Aygün Bəylər arasında qalmaqal yaşanmışdı. Aygün Bəylər efirdə Röya Ayxanı təhqir etmişdi. Röya Ayxan bu səbəbdən onu məhkəməyə vermişdi.