Rostovda PUA qəzaya uğradı: yaralılar var – VİDEO

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinin Daraqanovka qəsəbəsində pilotsuz uçuş aparatı qəzaya uğrayıb.

Globalinfo.az-ın məlumatına görə, Axar.az yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində yaşayış evləri və iki avtomobilə ziyan dəyib.

Həmçinin iki insanın da xəsarət aldığı bildirilir.

PUA-nın kimə məxsus olduğu məlum deyil.