WhatsApp Image 2023 12 29 at 15.59.43

Kirmandakı partlayışların məsuliyyətini üzərinə götürən İŞİD ABŞ və İsrail tərəfindən yaradılıb və idarə edilir.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Kirmanda terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərkən deyib.

O bildirib ki, ABŞ bölgədə islami dəyərlərə sahib başqa bir İsrail (İŞİD nəzərdə tutulur – red.) formalaşdırmağa çalışırdı:

“Bu planları isə alınmadı. Mən bu hadisə ilə bağlı xalqımızı arxayın edirəm. Qisas təşəbbüsü İran Silahlı Qüvvələrinin əlindədir. Hücuma cavab veriləcək. Yer və vaxt ordumuz tərəfindən müəyyən ediləcək”.

Paylaş: