İran yeraltı raket bazalarında istifadə olunan buraxılış sistemlərinin təkmilləşdirilməsi istiqamətində Şimali Koreyanın texnoloji təcrübəsindən faydalanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Aram News” məlumat yayıb.
Nəşr qeyd edib ki, koreyalı mütəxəssislər bir sıra raket buraxılış qurğusu modellərinin hazırlanmasında iranlı həmkarları ilə məsafədən əməkdaşlıq ediblər.
Bununla belə, ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar, eləcə də müasir texnologiya və komponentlərin çatışmazlığı Tehranın raket arsenalını əvvəlki səviyyəyə qaytarmaq planlarını çətinləşdirib.
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, son müharibə zamanı İranın raket buraxılış qurğularının təxminən 80 faizi sıradan çıxarılıb. Tehran isə indiyədək müharibədən əvvəlki hərbi potensialının yalnız 40 faizini bərpa edə bilib.
Safura Bənnayeva
Globalinfo.az