Helikopter qəzasında həlak olan Təbrizin imamcüməsi Seyid Məhəmməd Əli Əl-Haşimi ilə bağlı maraqlı foto üzə çıxıb.
Globalinfo.az xəbər verir ki, fotoda Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyar da yer alıb.
Ustad Şəhriyarla Ayətullah Əli Al-Haşiminin birgə çəkilmiş fotosunu təqdim edirik:
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Vertolyot qəzaya uğrayandan sonra yalnız oradakı sərnişinlərdən Təbrizin cümə imamı Ayətullah Əli Haşimi sağ olub. İmam qəzadan bir saat sonra sağ olub və prezidentin aparat rəhbəri ilə əlaqə saxlayıb.
Cəsədlərə baxış zamanı da Əl-Haşimin nəşinin vəziyyəti digərlərə nisbətdə yaxşı olub.