Rusiya ilə İrandan Bakı və İrəvanı da maraqlandıran addım

“Moskva və Tehran Rusiya-Zaqafqaziya-İran enerji körpüsünün yaradılması üzrə danışıqlar aparır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov deyib.

Səfir sözügedən layihənin həyata keçirilməsi üçün müzakirələrin davam etdiyini bildirib.

O qeyd edib ki, layihə enerji yüklənməsinin çox olduğu vaxtlarda Rusiya, Ermənistan, Azərbaycan və İran arasında elektrik enerjisi mübadiləsinin təmin edilməsini nəzərdə tutur.

Ayşən Mustafa
Globalinfo.az