“Real”ın ulduzu rəqib futbolçunu dayanacaqda vurdu – VİDEO

“Real Madrid”in ulduz futbolçusu Federiko Valverde matçdan sonra “Vilyarreal”ın oyunçusu Aleks Baenanın üzünə yumruqla zərbə endirib.

Globalinfo.az xəbər verir ki, hadisə ötən gecə baş tutan oyundan sonra yaşanıb.

Bildirilir ki, Baenanın Valverdenin övladını itirmiş ola biləcəyi haqda zarafat edib. Bundan sonra o, stadionun avtodayanacağında Baenaya yaxınlaşıb və üzünə zərbə endirib.

Hadisə ilə bağlı araşdırma başladıldığı qeyd edilib.