“Real”ın ulduz futbolçusu XXI əsrin rekordunu qırdı

İspaniyanın “Real Madrid” klubunun ingilis ulduzu Cud Bellinqem rekord nəticə göstərib.

Globalinfo.az xəbər verir ki, o, ötən gün “Jirona” ilə matçda iki dəfə fərqlənməklə “Real”ın heyətində XXI əsrdə 15 qol vuran ilk yarımmüdafiəçi olub.

Qeyd edək ki, C.Bellinqem cari mövsümdə 29 oyunda 20 qol, 8 asistlə yadda qalıb.

Xatırladaq ki, dünən “Real Madrid” “Jirona”nı 4-0 məğlub edərək liderliyini bir qədər də möhkəmlədib.