Ramilə Çempionlar Liqası oyununda hücum edildi – VİDEO

Millimizin futbolçusu Ramil Şeydayevin üzvü olduğu Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava olub.

Globalinfo.az verir ki, Çinin “Zhejiang” komandası ilə matçdan sonra futbolçular arasında qarşıdurma yaşanıb. Şeydayev də davanın iştirakçısı olub.

Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. R.Şeydayev komandasında 10 nömrəli formanı geyinir.