Ralli avtomobili tamaşaçılara çırpıldı: ölənlər və yaralananlar var – VİDEO

Macarıstanda ralli avtomobili yoldan çıxaraq bir qrup tamaşaçıya çırpılıb.

Globalinfo.az xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb. Biri uşaq olmaqla iki nəfər ağır, biri uşaq olmaqla altı nəfər isə daha yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Qəza Macarıstanın şimal-qərbindəki Dunay çayı yaxınlığındakı Labatlan və Bayot şəhərləri arasında yarış zamanı baş verib.

Hadisə yerinə 8 təcili yardım maşını və 4 helikopter göndərilib.