bilc999suvarda avtomobil asdi olc999nlc999r var 620x400 1

Qobustanda ölümlə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: