“Qırmızı dəniz “qan dənizi”nə çevrilə bilər” – Ərdoğan XƏBƏRDARLIQ ETDİ

Qırmızı dəniz “qan dənizi”nə çevrilə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fikir səsləndirib.

O, ABŞ və müttəfiqlərinin Qırmızı dənizi “qan dənizi”nə çevirməyə çalışdığını qeyd edib:

“Onlar qeyri-mütənasib güc tətbiq ediblər, Qırmızı dənizi “qan dənizi”nə çevirməyə çalışırlar. Müxtəlif kanallar vasitəsilə biz husilərin uğurla cavab verdiyini öyrənirik”, – deyə Türkiyə prezidenti fikirini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az