
Rusiya tərəfi Ukrayna Baş Kəşfiyyat İdarəsinin polkovniki Rüstəm Fəxriyevin öldürüldüyünü iddia edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
Bildirilib ki, Fəxriyev Krımda terror aktı hazırlığında iştirak etməkdə ittiham olunurdu:
“O, əvvəllər Krım Tatar Xalqı Məclisinin fəallarından biri olub, 2014-cü ildə Krım Nazirlər Şurasının binasının ələ keçirilməsi cəhdində iştirak edib. Həmçinin onun “Əsgər” batalyonunda, daha sonra isə “Donbas-Ukrayna” bölməsində xidmət etdiyi iddia olunur”.
Rusiya tərəfi Fəxriyevin 2025-ci il dekabrın 1-də Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı təşkil edildiyi bildirilən sui-qəsd planının arxasında dayandığını da irəli sürüb.
Safura Bənnayeva
Globalinfo.az