
İsrail Silahlı Qüvvələri Qəzzaya atəş açdığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, İsrail Ordusundan verilən açıqlamada Qəzza tərəfindən atəşkəsin pozulması səbəbindən atəş açıldığı bildirilib.
“İsrail Silahlı Qüvvələri Qəzzadan razılaşdırılmamış marşrut üzrə hərəkət edən naməlum nəqliyyat vasitəsinə atəş açıb. Həmin nəqliyyat vasitəsinin hərəkəti atəşkəs anlaşmasına ziddir. Ordumuz İsrail vətəndaşlarına və hərbçilərinə qarşı istənilən təhdid zamanı lazımi tədbirlər görməyə davam edəcək”, – deyə bəyanatda qeyd olunub.
Aysel Əliyeva
Globalinfo.az