Qəzada xəsarət alan tibb bacısı dünyasını dəyişdi

Dekabrın 1-də Göygöl rayonunda avtomobil qəzası zamanı ağır xəsarət alan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Globalinfo.az “Qafqazinfo”a istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Aişə Hacıyeva müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, mərhum həmin xəstəxananın reanimasiya şöbəsində Baş tibb bacısı işləyib.

Xatırladaq ki, hadisə Göygöl rayonunun Yeni Zod kəndindən rayon istiqamətində gedən yolda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində 1990 -cı il təvəllüdlü Aslanova Bəsti dünyasını dəyişib. Həmçinin, qəza zamanı 1988-ci il təvəllüdlü Elmir Yusibov, 1999-cu il təvəllüdlü Bayram  Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar Rəfiyev yaralanıb.