Qəza zamanı maşında sıxılıb qalan şəxs xilas edildi

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verib.

Globalinfo.az  xəbər verir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili və “KaMaz” markalı qaldırıcı kran toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.