Qərbin tək hədəfi bəlli oldu – 4 ildən sonra regionda yeni layihə

İkinci Qarabağ müharibəsindən bəri gündəmdə olan əsas məsələlərdən biri də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yolun təmin edilməsidir. 10 noyabr bəyanatına əsasən məsələ ilə bağlı Azərbaycan üzərinə götürdüyü öhdəliklərə əməl etsə də, Ermənistandan eyni yanaşmanın şahidi olmuruq.

Rəsmi İrəvan bu gün həmin yola öz qüvvələrinin nəzarət etməsində maraqlıdır. Sözügedən bəyanatda isə bu öhdəlik Rusiyanın üzərindədir. Heç şübhəsiz, Ermənistan öz qüvvələri adı altında Qərbi buraya gətirməyi hədəflədiyi üçün Moskvanın nəzarət təklifinə müsbət yanaşmır.

Rəsmi Bakı isə regionda Qərb qüvvələrinin cəmləşməsini istəmir. Digər tərəfdən Zəngəzur dəhlizinə alternativ kimi Azərbaycan və İran arasında yeni bir layihənin icrasına start verilib. Bu gün İran regionda öz gücünü bərpa etmək, Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək naminə alternativ yolun fəaliyyətində maraqlıdır.

Həm region, həm də digər ölkələrin maraq dairəsində olan manesiz yol görünür, hələ bir müddət müzakirə predimenti olaraq qalacaq.

Zəngəzur dəhlizi ətrafında nə baş verir? İran-Rusiya-Qərb üçbucağı nə işlərlə məşğuldur?

Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, İran hər vəchlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması fonunda birbaşa əlaqələrin yaranmasına qarşı çıxır:

Ramiz Alıyev

“Sözügedən əlaqələrin İran üzərindən baş tutmasında maraqlıdır. Bununla da Ermənistanı özündən asılı vəziyyətə salmaq, Azərbaycanla normal münasibət qurmaq istəyir. Rusiya isə yolun nəzarətini öz əlinə almağa çalışır. Bu Azərbaycan üçün də uyğun variantdır. Rusiyanın nəzarəti regionda digər qüvvələrin mövcudluğunu əngəlləyir. Qərbin regiona təsirini minimuma endirir.

Ermənistan dəmir yolunu xəttinin bütün hissəsi Rusiyaya aiddir. Ona görə də Zəngəzur dəhlizini öz nəzarətinə götürmək istəyir. Xüsusilə də Fransa ciddi-cəhdlə bu niyyəti reallaşdırmağa çalışır. Qərbin Cənubi Qafqazda hər hansı mövqe tutması Rusiya və İran üçün qəbuledilməzdir. Azərbaycan öz təklifini verib. Ermənistan da imzası ilə təsdiq etdiyi 2020-ci il 10 noyabr bəyanatına əsasən Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən quru yolun açılmasına şərait yaratmalı idi. Lakin bu gün həmin öhdəlikdən boyun qaçırdığının şahidi oluruq”.

Safura Bənnayeva
Globalinfo.az