Korotçenkodan Qərbə Bakı ilə bağlı tövsiyə

“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən sonra Qərbin reaksiyası məni çox maraqlandır. Məsələn, Fransa Prezidenti Emmanuel Makron və digərləri Azərbaycan xalqını təbrik, yoxsa tənqid edəcəklər?”

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu rusiyalı müşahidəçi Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko 7 fevralda Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərilə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycanda prezident seçkisi tam şəffaf təşkil edilib:

“Mən istəyirəm ki, buradan onlara – qərbdəkilərə tövsiyə edim ki, əsassız tənqiddən əl çəksinlər. Azərbaycan xalqı artıq gələcəyə doğru inamlı addım atdı. Altı seçki məntəqəsində oldum. Seçicilər də yüksək səviyyədə iştirak etdilər və ölkənin gələcəyinə dair fikirlərini nümayiş etdirdilər. İlham Əliyevin qələbəsi artıq xalqın iradəsi ilə əvvəldən müəyyən olunub. Bir çox təhlükəli şəraitdə xalqa sadiq oldu və ölkənin maraqlarını müdafiə edir. Azərbaycanın dostları, dövlət rəhbərləri İlham Əliyevi inamlı qələbəsinə görə, təbrik edirlər. Biz də buna sevinirik. İlham Əliyev Rusiya dövlətinin də dostudur. Bundan sonra da iki ölkə siyasi, iqtisadi tərəfdə tərəfdaş olmaqda davam edəcəklər”.

İqor Korontçenko deyib ki, tarixin gedişatını saxlamaq mümkün deyir: “Azərbaycan beynəlxalq ictimaiyyətin oyunçusu olaraq fəaliyyətini davam etdirəcək”.