Qərb Ukraynanı təhvil verir – Əsas səbəb

Son vaxtlar Qərbin Ukraynaya yardımlarının kifayət qədər olmaması barədə fikirlər səsləndirilir. Xüsusən Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı mütəmadi çıxış edir və Qərbdən daha çox yardım gözlədiyinin mesajını verir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, bu gün Ukrayna Qərbin ona yardım etməməsindən şikayətlənir:

“Burada əsas günahkar kimi Qərb göstərilir. Tərəfdaşlar Ukraynaya böyük yardımlar etdilər, lakin Kiyev bu yardımların daha genişmiqyaslı olmasının arzusundadır. Reallıq bundan ibarətdir ki, Qərb Ukraynaya yardım etməsəydi, vəziyyət tamamilə fərqli olardı.

İlyas Hüseynov

24 fevralda Rusiya Silahlı Qüvvələri və aviasiyası özünü müsbət tərəfdən göstərirdi. Hədəflər dəqiq vurulurdu, qoşunlar Kiyevə yaxınlaşmışdı, lakin Qərbin müdaxiləsi, Ukraynaya mərhələli yardımların edilməsi cəbhədəki vəziyyəti dəyişdi. Bu yardımlar indi müəyyən qədər azalıb, çünki Qərbin diqqəti Yaxın Şərq regionuna köklənib, Kiyev ikinci plana keçib. Ukrayna öz məğlubiyyətini qəbul etmək istəmir”.

Safura Bənnayeva
Globalinfo.az