“Qərb üçün Ermənistan maraqsızdır, onlar Azərbaycana…” – Arakelyan

“Qərb üçün Ermənistan iqtisadiyyatı maraqsız olaraq qalır, onlar Azərbaycana sərmayə qoyurlar”.

Globalinfo.az xəbər verir ki, bunu “Ölkə üçün Həyat” partiyasının həmtəsisçisi Mesrop Arakelyan deyib.

O bildirib ki, hakimiyyət tərəfindən aparılan iqtisadi siyasət ciddi nəticələr vermir. Ermənistan iqtisadiyyatı Qərb üçün maraqsız qalmaqda davam edir.

“Ermənistanda hər il həyata keçirilən birbaşa xarici investisiyaların ümumi həcmi bir Qərb şirkətinin investisiyalarının həcminə belə çatmır. Əslində hakimiyyətin apardığı iqtisadi siyasət ciddi nəticələr vermir. Qərb dövlətləri investisiya cəlbediciliyi baxımından Azərbaycana fəal şəkildə sərmayə yatırmaqda davam edir. Xarici investisiyalar uzun müddətdir ki, beynəlxalq münasibətlərin tərkib hissəsi olub. Ermənistan tərəfindən qeydə alınan göstəricilər onu göstərir ki, hakimiyyət heç bir sahədə beynəlxalq tərəfdaşlarla yüksək keyfiyyətli əlaqələr qura bilmir”, – Arakelyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az