Qərb İrəvanda düyməyə basdı – Qondarma “soyqırımı” günü…

Hər il olduğu kimi, bu il də Ermənistanda qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən aksiyada Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Ermənistanla Azərbaycan arasında sülh prosesinin getdiyi bir zamanda erməni xalqının nifrət ritorikasına davam etməsi diqqət çəkir.

Ermənilər Azərbaycanla sülh istiqamətində addımlara mane olmaq istəyirlər? Bu kütlə kənardan idarə olunur, yoxsa təbii etirazlardır? Prosesin arxasında Qərb dairələri dayanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, Ermənistanda Türkiyə və Azərbaycan bayraqlarının yaradılması təsadüfi deyil və bəlli məqsədlərə hesablanıb:

“Ermənistanın uçurumdan xilas edilməsinin yeganə yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Son zamanlar Paşinyanın 24 aprellə bağlı soyqırımı ifadəsini işlətməməsi, İrəvanda hüquqi islahatlar aparılmasının vacibliyini önə çəkməsi, Ermənistanın xəstə ideologiyasını müəyyənləşdirən kilsə və lobbini narahat edir.

Düşünürəm ki, bu, spontan qərar deyil, məqsədli və düşünülmüş planın tərkib hissəsidir. Hədəf şovinistlərin Azərbaycan və Türkiyə adı altında narazı kütləni etiraz dalğasına cəlb etmək, hökumətə təzyiq imkanlarını gücləndirmək və sülh prosesindən uzqlaşdırmaqdır. Bunun üçün xaotik durum yaratmaqla Ermənistanı çıxılmaz duruma salmağa çalışacaqlar”.

Turan Rzayev
Globalinfo.az