Qəbələdə məktəbdə TƏHLÜKƏLİ ANLAR – Yanğın baş verdi

Qəbələ rayonununda məktəbdə yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 m² olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 m² sahədə və yaxınlıqda yığılan 8 m³ odunun 1 m³ yanıb.

“İdman zalının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.