Qəbələdə iki avtomobil toqquşdu: 5 nəfər xəsarət aldı – ADLAR

Qəbələ rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, VAZ 2106 və VAZ 21011 markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan beş nəfər rayon sakini – 1992-ci il təvəllüdlü Fariz Qasımzadə, 1984-cü il təvəllüdlü Niyaməddin Şərifov, 2005-ci il təvəllüdlü Kənan Mahmudov, 2004-cü il təvəllüdlü Fuad Mahmudov və bir yetkinlik yaşına çatmayan şəxs xəsarət alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.