Qəbələdə ağır qəza: Xəsarət alanlar var

Qəbələdə iki avtomobil toqquşub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Qəbələ şəhərində qeydə alınıb.

“Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərin sürücüləri – Qəbələ rayonu Bum qəsəbə sakini, 1987-ci il təvəllüdlü Maksudov Rüstəm Cəlal oğlu və 1976-cı il təvəllüdlü Osmanov Vüqar Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.