Qazaxda yük maşını qatarla toqquşdu: xəsarət alanlar var

Qatar

Mayın 22-də saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

 

“Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır ,1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir”, məlumatda deyilir.

***

Qazaxda yük maşını qatarla toqquşub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. “Ford” markalı yük maşınının qatarla toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Tovuz rayon sakini Ə.Şirinov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.