69209773bb57269209773bb573176374360369209773bb57069209773bb571 8

Qazaxda evin həyətində kişi meyiti tapılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş: