Qazaxda səfirlik maşını qəzaya düşdü: yaralılar var

Qazaxda Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alanların kimliyi bilinib.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bu gün saat 21:30-da Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə avtoqəza il bağlı çağırış daxil olub.

Xəsarət alan şəxslər 24.02.1955-ci il təvvəlüdlü Khulordava Malkhaz (kişi cinsi)və 29.11.1956-ci il təvvəlüdlü Todua Yalidir (qadın cinsi).

***

Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, “Leksus” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.