Qazaxda 31 yaşlı kişi itkin düşüb – FOTO

67e169f1ccdf067e169f1ccdf117428259695b55cf895ee8801036d9c9d4d4b02582

Qazaxda 31yaşlı kişi itkin düşüb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, buğdayı saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində, qara rəngli gödəkcə olub.

Məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 022-295-14-97 şəhər və 055-816-04-37, 070-996-35-35mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

67e16b98e6eee67e16b98e6eef174282639267e16b98e6eec67e16b98e6eed