Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı hazırlanacaq

Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı hazırlanacaq.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına daxil edilib.

Sənədə əsasən, komitə Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktının hazırlanmasına dair müvafiq dövlət, hökumət qurumları ilə birgə iş təşkil edəcək.