ukrayna abd ve rusya heyetleri bugun abu dabi de masaya oturuyor 1769153128 626 large

Ukrayna, ABŞ və Rusiya sabah görüşlərə başlayacaqlar. Danışıqların əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Avropanın gələcək təhlükəsizlik arxitekturası olacaq.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “New York times” məlumat yayıb.

“ABŞ atəşkəs əldə olunacağı təqdirdə Rusiyanın yeni hücumunun qarşısının necə alına biləcəyini müzakirə etmək istəyir. Vaşinqton ümid edir ki, Moskvanın Avropanın gələcək təhlükəsizliyi ilə bağlı müzakirələrə cəlb edilməsi onun ərazi iddiaları ilə bağlı mövqeyini yumşaltmağa və danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmağa kömək edəcək” , – məlumatda bildirilib.

Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.

Paylaş: