Cüdo üzrə 5 qat Olimpiya və 12 qat dünya çempionu 37 yaşlı Teddi Riner aprel ayında Fransada keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, özünü “nə sağçı, nə də solçu” adlandırıb və ölkəni birləşdirmək istədiyini bildirib.
Riner hazırkı prezident Emmanuel Makronun işini indi qiymətləndirməyəcəyini bildirib.
“Mən günahkar axtarmıram. Mən burada həll yolları axtarmaq üçün gəlmişəm”, – cüdoçu qeyd edib.
Rinerin sözlərinə görə, o, seçki kampaniyanı “öz cibindən” maliyyələşdirəcək və lazımi 500 imzanı toplayacağına əmindir.
Əliyar Xəlil
Globalinfo.az