Türkiyə Superliqasının 11-ci turunda “Qalatasaray” doğma meydanda “Amed”i qəbul edib.
Globalinfo.Az xəbər verir ki, “RAMS Park” stadionunda keçirilən qarşılaşma “sarı-qırmızılar”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 7-ci dəqiqədə İstanbul klubunun hücumçusu Rafael Leao açıb. 45-ci dəqiqədə isə “Amed”in qapıçısı Alban-Mark Lafon topu öz qapısına göndərib. 59-cu dəqiqədə Aleksey Batrakov komandasının üçüncü qolunu vurub.
Üç dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Dia Seba, 65-ci dəqiqədə isə hücumçu Gift Orban hesab arasındakı fərqi azaldıblar.
İstanbul təmsilçisinin forvardı Barış Alper Yılmaz 80-ci dəqiqədə komandasının dördüncü qolunu vurub. 90+2-ci dəqiqədə isə Yira Sor fərqi minimuma endirərək matçın yekun hesabını müəyyənləşdirib – 4:3.
Bu qələbədən sonra “Qalatasaray” 28 xalla Türkiyə çempionatının turnir cədvəlində birinci yerdə qərarlaşıb. “Amed” isə 23 xalla ikinci pillədədir.