Qala-Türkan yolunda ağır qəza: Ölənlər var

Xəzər rayonunda Qala-Türkan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bu gün saat 17:30 radələrində VAZ-2107 və “Hundai” markalı avtomobillər toqquşub.

Hadisədə VAZ-2107 avtomobilinin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri – 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.