Qəzada yaralananların son durumu açıqlandı

Bakı-Ələt yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrinə yerləşdirilib.

KTM-dən Globalinfo.az-a verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd olunub ki, xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir: “Yaralılarla bağlı əlavə məlumatlar veriləcək”.