“Putinin Türkiyəyə səfərinin tarixi hələ razılaşdırılmayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Vladimir Putinin Türkiyəyə səfərinin tarixləri diplomatik kanallarla razılaşdırılmalıdır. Türkiyə səfəri kifayət qədər uzun müddətdir hazırlanır və diplomatik kanallar vasitəsilə tarixləri razılaşdırmaq qalır”, – deyə Peskov vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az