Kadırovun qızına yüksək vəzifə verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırovaya yüksək vəzifə verilib.

Globalinfo.az xəbər verir ki, o, administrasiya rəhbərinin birinci müavini təyin edilib.

Qeyd edək ki, buna qədər Xədicət Kadırova Qroznı şəhər meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri idi.